XƏBƏRLƏR / Hərbi

İran Hind okeanında hərbi dəniz təlimləri keçirir

Bu barədə İRNA məlumat yayıb

İran Hind okeanında hərbi dəniz təlimləri keçirir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran Hind okeanında Rusiya və Omanla birgə hərbi dəniz təlimlərinə ev sahibliyi edir.

    Bu barədə İRNA məlumat yayıb.

    Hind okeanında, Rusiya, Oman, Səudiyyə Ərəbistanı, Hindistan, Tailand, Pakistan, Qətər və Banqladeşin iştirakı ilə İranın ev sahibliyi etdiyi hərbi dəniz təlimləri başlayıb.

    Bildirilib ki, “IMEX 2024” Dəniz Təlimi regionda kollektiv təhlükəsizliyin təmin edilməsi, çoxtərəfli əməkdaşlığın genişləndirilməsi və sülhün, dostluğun və dəniz təhlükəsizliyinin qorunması məqsədi daşıyır.