Sumqayıtda döyüş sursatı tapılıb
Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb
Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində döyüş sursatı və mərmi aşkar edilib. Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bu barədə məlumat daxil olandan sonra Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkamçılar qrupu dərhal həmin əraziyə yola düşüb.
Əraziyə baxış zamanı 9 ədəd 30 mm-lik yüksək partlayıcıya malik zenit-artilleriya mərmisi, 12 ədəd 30 mm-lik zirehli deşən zenit-artilleriya mərmisi, 59 ədəd 23 mm-lik zirehli deşici zenit artilleriya qurğusu mərmi, 22 M-12 qoruyucu, 9 V-429 qoruyucu, 13 T-90 qoruyucu və 5 döyüş sursatı. Sursat zərərsizləşdirmək üçün ərazidən çıxarılıb”, - deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yerli sakinlərin sözlərinə görə, sovet vaxtı kəndin yaxınlığında böyük hərbi hissə olub və aşkarlanan mərmilər o vaxtdan da qala bilərdi.