XƏBƏRLƏR / Hərbi

Bakıda “ADEX” 5-ci beynəlxalq müdafiə sərgisi keçiriləcək

Bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib

Bakıda “ADEX” 5-ci beynəlxalq müdafiə sərgisi keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2024-cü ildə Azərbaycan regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisinə ev sahibliyi edəcək.

    Bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

    Qeyd edilib ki, 24-26 sentyabr tarixlərində təşkil ediləcək sərgi 5-ci yubileyini qeyd edəcək. “ADEX” sərgisi ilə paralel olaraq, 14-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi də keçiriləcək.

    Sərgilər Bakı Ekspo Mərkəzində təşkil ediləcək.