XƏBƏRLƏR / Diplomatiya

Azərbaycan və Kanada Zəngəzur dəhlizini müzakirə ediblər

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə elçisi Elçin Əmirbəyov Kanadada səfərdədir

Azərbaycan və Kanada Zəngəzur dəhlizini müzakirə ediblər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan və Kanada Zəngəzur dəhlizi və Bakı ilə Yerevan arasında sülh prosesini müzakirə ediblər.

    Kanadaya işgüzar səfəri zamanı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə elçisi Elçin Əmirbəyov Kanadanın yüksək vəzifəli rəsmiləri ilə danışıqlar aparıb. O, Kanada Senatının sədri Qaqne, Baş nazirin diplomatik və beynəlxalq məsələlər üzrə baş müşaviri Morrison, xarici işlər nazirinin müavini Tanqaraj, Beynəlxalq ticarət nazirinin parlament katibi Naqvi və Kanada Parlamentinin nümayəndələri ilə görüşüb.

    Görüşlərdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, siyasi dialoqun və iqtisadi əməkdaşlığın genişləndirilməsi, parlamentlərarası əlaqələrin gücləndirilməsi, eləcə də aktual regional və beynəlxalq məsələlər müzakirə olunub. Əsas mövzulardan biri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması olub. Müzakirə olunan digər mövzular arasında Cənubi Qafqazda nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası, Zəngəzur dəhlizinin strateji əhəmiyyəti və regional bağlantı layihələrinin Kanada şirkətlərinə təqdim etdiyi yeni investisiya imkanları yer alıb.

    Səfəri çərçivəsində Əmirbəyov həmçinin Ottavadakı Makdonald-Lorye İnstitutunda dəyirmi masa müzakirəsində və Güclü Kanada Uğrunda Müttəfiqlər təşkilatının təşkil etdiyi tədbirdə iştirak edib.