XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov Ararat Mirzoyanla telefonla danışıb

XİN xəbər verir

Ceyhun Bayramov Ararat Mirzoyanla telefonla danışıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığı olub. 

    Tərəflər Vaşinqtonda keçirilən sammit zamanı imzalanmış birgə bəyannamənin icrasını, eləcə də etimadın möhkəmləndirilməsi tədbirlərini müzakirə ediblər.

    Nazirlər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar və birbaşa dialoqu davam etdirməyə hazır olduqlarını təsdiq ediblər.