Azərbaycan və Litva XİN başçıları matçı birlikdə izləyiblər
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və litvalı həmkarı Kestutis Budris Bakıda keçirilən “Sabah” – “Barselona” matçını birlikdə izləyiblər.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Paylaşımda “Sabah” futbol klubunun baş məşqçisinin litvalı mütəxəssis Valdas Dambrauskas olduğu xüsusi vurğulanıb.

Qeyd edilib ki, bu məqam qarşılaşmaya əlavə məna qazandırır və Azərbaycan ilə Litva xalqları arasındakı əlaqələri ön plana çıxarır.
1 dəqiqədən az