Azərbaycan və Litva XİN rəhbərlərinin mətbuat konfransı
Ceyhun Bayramov və Kestutis Budrisin bəyanatları VİDEO
XİN: Azərbaycan və Litva xarici işlər nazirləri Bakıda birgə mətbuat konfransında çıxış ediblər
Ceyhun Bayramovun bəyanatları:
- Bu günə qədər Azərbaycan və Litva 45 ikitərəfli sənəd imzalayıb, daha yeddi sənəd isə hazırlanma mərhələsindədir;
- Yaxın Şərqdə, xüsusən də İranda gərginlik davam edir. Münaqişələrin diplomatik yollarla həlli vacibdir;
- Azərbaycan və Ermənistan arasında normallaşma prosesində müsbət irəliləyişlər əldə edilir;
- Bakı və Vilnüs Ermənistan üçün yeni Konstitusiya layihəsini və TRIPP layihəsinin başlanması məsələsini müzakirə ediblər.
Kestutis Budrisin bəyanatları:
- İmzalanmış strateji tərəfdaşlıq bəyannaməsi sayəsində Azərbaycan və Litva arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub;
- Azərbaycan Mərkəzi Asiyanı Avropa ilə birləşdirən əsas ölkəyə çevriləcək.
- Litva Vaşinqton prosesini dəstəkləyir və Bakı ilə Yerevan arasında sülh müqaviləsinin tezliklə imzalanmasına ümid edir. Vilnüs artıq azad edilmiş torpaqların minalardan təmizlənməsinə töhfə verir.
- Litva Azərbaycan vətəndaşları üçün sadələşdirilmiş viza prosedurlarını dəstəkləyir və Aİ ilə viza sadələşdirilməsini dəstəkləyəcək.