XƏBƏRLƏR / Elm və Texnologiya

Azərbaycan və NVIDIA Sİ sahəsində əməkdaşlıq edəcəklər FOTO

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ-da işgüzar səfərdədir

Azərbaycan və NVIDIA Sİ sahəsində əməkdaşlıq edəcəklər FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan və NVIDIA süni intellekt (Sİ) sahəsində əməkdaşlıq edəcəklər

    ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov NVIDIA-nın baş ofisini ziyarət edib.

    O, şirkətin beynəlxalq və hökumət işləri üzrə vitse-prezidenti Ned Finkl ilə əməkdaşlıq məsələlərini müzakirə edib və süni intellektin dövlət idarəçiliyindəki potensialı və rəqəmsal transformasiyanın dövlət xidmətlərinin göstərilməsinə təsiri barədə məlumat əldə edib.