Azərbaycan və Özbəkistan yeni yol xəritəsi imzalayacaq
Avqustun sonunda enerji sahəsində əməkdaşlıq üzrə yeni saziş imzalamaq planlaşdırılır
Azərbaycan və Özbəkistan avqustun sonunda enerji sahəsində əməkdaşlıq üzrə yeni “yol xəritəsi” imzalamağı planlaşdırır.
Özbəkistanın Energetika Nazirliyi verdiyi məlumata görə, avqustun 8-də iki ölkə arasında birgə işçi qrupunun iclasında Bakı və Daşkənd arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
“Görüşdə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə 2022-ci ilin avqustunda imzalanmış yol xəritəsinin icra vəziyyəti nəzərdən keçirilib və onun hər bir bəndi üzrə görülən işlər barədə məlumat verilib. Yol Xəritəsinə bərpa olunan enerji mənbələri və PPP, enerji səmərəliliyi, elektrik və istilik enerjisi istehsalı, investisiya bloklarında kəşfiyyat, neft-kimya, istehsalın lokallaşdırılması, institusional islahatlar, kadr hazırlığı sahəsində təcrübə mübadiləsinə əsaslanan layihələrin həyata keçirilməsi daxildir. Müzakirələr nəticəsində “yol xəritəsi” çərçivəsində görülən işlərin icrası qənaətbəxş hesab edilib və əməkdaşlıq sahələrinin genişləndirilməsi nəzərə alınaraq, tərəflər yeni “yol xəritəsi”nin hazırlanması və imzalanması barədə razılığa gəliblər. Bu, avqustun sonunda Azərbaycana gözlənilən səfər zamanıdır”, - Energetika Nazirliyi vurğulayır.
İclasda həmçinin iki ölkənin energetika nazirlikləri tərəfindən hazırlanmış hökumətlərarası sazişə dair sənədlərin layihələri, “Özbəkneftqaz” SC və SOSAR arasında sazişlər müzakirə edilib.