İzmirdə IV Azərbaycan-Türkiyə Enerji Forumu keçiriləcək
Məlumat Azərbaycan Energetika Nazirliyindən verilib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə sabah İzmirdə IV Azərbaycan-Türkiyə Enerji Forumu keçiriləcək.
Azərbaycan Energetika Nazirliyindən verilən məlumata görə, forumda karbohidrogenlər, neft-kimya, bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi, tənzimləmə, mədənçıxarma və digər sahələrə aid məsələlər müzakirə olunacaq.