XƏBƏRLƏR / Energetika

Aİ-Azərbaycan enerji əməkdaşlığı məsələləri müzakirə olunub

Avropa Komissarı Kadri Simson Azərbaycanın energetika naziri Pərviz Şahbazovla enerji dialoqu aparıb

Aİ-Azərbaycan enerji əməkdaşlığı məsələləri müzakirə olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mayın 2-də Brüsseldə Energetika üzrə Avropa Komissarı Kadri Simsonun və Azərbaycanın energetika naziri Pərviz Şahbazovun iştirakı ilə Aİ-Azərbaycan enerji dialoqu baş tutub.

    "Strateji tərəfdaşlığımız məqsədilə nazir Pərviz Şahbazovla Avropa İttifaqı və Azərbaycan arasında enerji dialoqu apardıq", deyə Simson öz Tvitter səhifəsində yazıb. O qeyd edib ki, Azərbaycan "Ümumavropa qaz tədarükçüsüdür".

    Əməkdaşlıq təkcə qazla məhdudlaşmır, həm də bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığımız var, deyə Simson qeyd edib.