Energetika Nazirliyində yaşıl enerji dəhlizi müzakirə edilib
Avropa Yenidənqurma və İnkişaf Bankının Türkiyə və Qafqaz üzrə icraçı direktoru Elizabet Falcetti Bakıda səfərdədir
Azərbaycanın Energetika Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Xəzər-Qara dəniz-Avropa və Azərbaycan-Mərkəzi Asiya-Avropa yaşıl enerji dəhlizi layihələrini müzakirə ediblər.
Bu mövzular nazir müavini Orxan Zeynalovla AYİB-in Türkiyə və Qafqaz üzrə icraçı direktoru Elizabet Falcetti arasında keçirilən görüşdə müzakirə olunub.
“Görüş zamanı bu dəhlizlərin yaradılması istiqamətində atılan addımlar, o cümlədən COP29 ilə bağlı təşəbbüslər, o cümlədən enerji sektorunda planlaşdırılan tədbirlər müzakirə edilib”, - məlumatda qeyd olunur.
Departamentdən verilən məlumata görə, tərəflər AYİB-in dəstəyi ilə keçirilən Qobustan günəş elektrik stansiyasının tikintisi üzrə hərracın gedişatını da qiymətləndiriblər.