XƏBƏRLƏR / Energetika

Azərbaycanda günəş və külək enerjisinin istehsalı artıb

Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 Mvt dəyərləndirilir

Azərbaycanda günəş və külək enerjisinin istehsalı artıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanda günəş enerjisi istehsalı bu ilin yanvar-avqust aylarında 9 dəfə artaraq 424.5 milyon kVt.st-a çatıb. Bütövlükdə isə, yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə (1 531,1 mln. kVt·st) nisbətən 1 240,7 mln. kVt·st artaraq 2 771,8 mln. kVt·st təşkil edib.

    Sentyabrın 17-də Bakıda Beynəlxalq Dəyirmi Masa keçirilir: “Ümumi regional iqlim strategiyası Avrasiyada davamlı inkişafın açarıdır və Azərbaycanın biznes ictimaiyyəti üçün üstünlüklərdir”.

    "Bərpa olunan enerjiyə keçid Azərbaycan üçün strateji prioritetdir," - bunu Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov deyib.

    “Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi vasitəsilə regional enerji keçidi prosesinə töhfə vermək əzmindədir”, - deyə Soltanov bildirib.

    Qeyd edək ki, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 Mvt dəyərləndirilir. Bunun 23000 Mvt-ı günəş, 3000 Mvt-I isə külək enerjisinin payına düşür. Günəş enerjisi üzrə, demək olar, bütün ölkə ərazisində istehsalın təşkili mümkündür. Külək enerjisi üçün isə Bakı şəhəri, Abşeron və Xızı rayonları daha əlverişli hesab olunurlar.