Yanvarda ölkədə elektrik enerjisi istehsalı 13% azalıb
Bu barədə Azərbaycanın Energetika Nazirliyi xəbər yayıb
2024-cü ilin yanvar ayında Azərbaycanda elektrik enerjisi istehsalı ötən ilin yanvar ayı ilə müqayisədə 13% azalaraq 2 milyard 401,6 min kVt/saat təşkil edib.
“İstismar məlumatlarına əsasən, 2024-cü ilin yanvar ayında istilik elektrik stansiyalarında 2 milyard 229,3 milyon kilovatsaat (ümumi istehsalın 93 faizi), bərpa olunan enerji mənbələrinin hesabına 172,3 milyon kilovatsaat (ümumi istehsalın 7 faizi) elektrik enerjisi istehsal edilib. ” - nazirlik qeyd edir.
Eyni zamanda, su elektrik stansiyalarında 129,4 milyon kilovatsaat, külək elektrik stansiyalarında 5,8 milyon kilovatsaat, günəş elektrik stansiyalarında 18,2 milyon kilovatsaat, bərk məişət tullantılarının emalı üzrə 18,9 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir.
Energetika Nazirliyinin məlumatına görə, 2024-cü ilin yanvar ayında Azərbaycandan elektrik enerjisi ixracı 116,3 milyon kVt/saat (2023-cü ilin yanvar göstəricisinin -77,3 faizi ), idxalı isə 19 milyon kilovat/saat (+75,9 faiz) təşkil edib.