Rusiya Bakı və İrəvan vasitəsilə İrana elektrik göndərir?
Bu barədə Rusiyanın energetika naziri Nikolay Şulqinov məlumat verib
Rusiya Azərbaycan və Ermənistan vasitəsilə İrana elektrik enerjisi ixrac edir?
Rusiya Azərbaycan və Ermənistan vasitəsilə İrana elektrik enerjisi ixrac etməyi planlaşdırır. Bu barədə jurnalistlərə Rusiyanın energetika naziri Nikolay Şulqinov məlumat verib.
“İndi biz sadəcə olaraq elektrik enerjisinin Azərbaycan ərazisi ilə Ermənistana, oradan İrana və ola bilsin ki, başqa ölkələrə çatdırılması imkanlarını nəzərdən keçiririk. Birinci mərhələdə biz Tehran və Bakı ilə razılaşırıq ki, yeni tikinti aparılmadan mövcud infrastrukturdan istifadə etsinlər”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, hazırda söhbət Rusiya tərəfdən 300 MVt həcmdən gedir. Bütün layihə iştirakçılarının marağı var.