XƏBƏRLƏR / Energetika

Sofiyada “yaşıl” enerji dəhlizi üzrə texniki işlər başlayıb

Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan enerji dəhlizi haqda Bolqarıstanın Energetika Nazirliyi məlumat yayıb

Sofiyada “yaşıl” enerji dəhlizi üzrə texniki işlər başlayıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Sofiyada Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan enerji dəhlizi üzrə texniki işlərə başlanılıb.

    Bu həftə Sofiyada “Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan” “yaşıl” enerji dəhlizinin reallaşdırılması üzrə texniki işlərə başlanacaq.

    Bu barədə Bolqarıstanın Energetika Nazirliyi məlumat yayıb.

    "Bu həftə Bolqarıstanda yaşıl enerji dəhlizinin yaradılması üzrə texniki işlərə başlanacaq. Memorandum Bakıda dörd ölkə tərəfindən imzalanıb. Müvafiq nazirliklərin nazir müavinləri və enerji operatorları yeni enerji dəhlizi üzərində işə başlamaq üçün Sofiyada görüşəcəklər", - departament qeyd edir.

    Bolqarıstanın Energetika Nazirliyi aydınlaşdırıb ki, Memorandumun imzalanması ilə dörd ölkənin nazirləri dərhal nazir müavinləri səviyyəsində işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

    "İyun ayına qədər texniki-iqtisadi əsaslandırmaların işlənib hazırlanması prosesinin başlanmasının texniki detalları dəqiqləşdirilməlidir. İlk investisiyalar mövcud imkanlardan ən səmərəli istifadəyə yönəldiləcək", - departament qeyd edib.

    Xəbər verdiyimiz kimi, aprelin 4-də Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın energetika nazirləri yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Memorandum imzalayıb və bununla da yeni “yaşıl” enerji dəhlizinin yaradılması prosesinə start verilib. Sənəd Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci nazirlər iclası və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü nazirlər iclası çərçivəsində imzalanıb.

    Sənədə əsasən, dörd ölkənin energetika nazirlikləri enerji sistemlərinin modernləşdirilməsi imkanlarının araşdırılması və elektrik enerjisinin ötürülməsi və ticarət imkanlarının genişləndirilməsinə yönəlmiş birgə investisiya layihələrinin həyata keçirilməsi üçün dövlət və özəl sektorlar arasında daha güclü əməkdaşlığa kömək edəcəklər. Memorandum enerji infrastrukturunun təkmilləşdirilməsini və bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması tədbirlərini nəzərdə tutur.