Azərbaycanda “yaşıl enerji”nin payı 15 %-ə yüksəlib
Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib
Bu ilin birinci yarısında operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 13 557,4 mln. kVt·st, ixracı 444 mln. kVt·st, idxalı 96,4 mln. kVt/saat olub.
Bu barədə energetika naziri Pərviz Şahbazov özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
"Birinci yarımildə İES-lər üzrə 11 525 mln. kVt/saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 950,7 mln. kVt/saat artımla 2 032,4 mln. kVt/saat elektrik enerjisi istehsal edilib. Beləliklə bu dövrdə elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 15 %-ə yüksəlib", - nazir paylaşımda qeyd edib.