Belarusda ikinci Atom Elektrik Stansiyası tikiləcəyi təqdirdə heç vaxt elektrik enerjisi çatışmazlığı olmayacaq.
“Belta” xəbər verir ki, bu barədə iyulun 2-də Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident Administrasiyasının rəhbəri və Belarusun Rusiyadakı səfirinin hesabatını qəbul edərkən bildirib.
"Biz ikinci Atom Elektrik Stansiyasının tikintisi məsələsini düşünürük və üzərində işləyirik", -deyə Lukaşenko bildirib.
Dövlət başçısı qeyd edib ki, elektrik enerjisi təkcə sənaye və ya məişət ehtiyacları üçün lazım deyil. “Biz elektriklə işləyən evlər tikirik, buna ciddi yanaşmışıq və ciddi qəbul etdiyimiz elektrik avtomobilləri var. Bizdə nəinki yaxşı inkişaf var, yaxşı istehsalımız da var - xüsusən də avtobuslar və trolleybuslar. Elektrik enerjisi hər yerdə lazımdır. Ona görə də biz irəliyə baxmalıyıq”, - deyə prezident vurğulayıb.