XƏBƏRLƏR / Energetika

Pərviz Şahbazov OPEC+ nazirlərinin görüşündə iştirak edəcək

Bu barədə Energetika Nazirliyindən məlumat verilib

Pərviz Şahbazov OPEC+ nazirlərinin görüşündə iştirak edəcək
Pərviz Şahbazov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysın dəvəti ilə Avstriyada səfərdədir.

    Bu barədə Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, Pərviz Şahbazov iyunun 4-də Vyana şəhərində keçiriləcək OPEC və qeyri-OPEC ölkələrinin 35-ci nazirlər iclasında iştirak edəcək. İclas çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.