Bakıda sabah CQD Məşvərət Şurasının toplantısı keçiriləcək
Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurasının çərçivəsində nazirlərin 10-cu iclası keçiriləcək
Martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçiriləcək.
Energetika Nazirliyinin məlumatında deyilir ki, toplantıya 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət qatılacaq. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak edəcəklər.
Tədbir çərçivəsində yaşıl enerji sahəsində sənədlərin imzalanması nəzərdə tutulur. Tədbirin yekunlarına dair mətbuat konfransı keçiriləcək.