BLOQ

Azərbaycan ilə Rusiya arasında informasiya gərginliyi varmı?

Mehman Əliyev: "İnformasiya gərginliyi taktiki xarakter daşıyır və strategiyaya təsir etmir"

Azərbaycan ilə Rusiya arasında informasiya gərginliyi varmı?
  • Oxuma müddəti:

    11 dəqiqə

  • İyunun 3-ü axşam saatlarından etibarən, Azərbaycanda “RİA Novosti” agentliyinin saytı bloklanıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi iyunun 4-də yaydığı bəyanatda saytın bloklanmasına səbəb kimi, Azərbaycana qarşı böhtan xarakterli materialların dərc edildiyini göstərib.

    “RİA Novosti” agentliyi internet informasiya resursunda Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatlar yaymaqla “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozub və həmin Qanuna uyğun olaraq ölkə ərazisində agentliyin internet informasiya ehtiyatına giriş məhdudlaşdırılıb”, - deyə Nazirliyin məlumatında bildirilir.

    "RİA Novosti"də qondarma "DQR"in “dövlət naziri” Artak Beqlaryanla müsahibə Azərbaycan hakimiyyətinin səbir kasasını  daşırıb. O, Rusiya və Avropa İttifaqının ermənilərin və azərbaycanlıların barışdırılması təşəbbüsü ilə ziddiyyət təşkil edən separatçı bəyanatlarla çıxış edib. "RİA Novosti" Dövlət Agentliyi Beqlaryanı nə Rusiyanın, nə Ermənistanın, nə də beynəlxalq ictimaiyyətin tanımadığı dövlətin naziri kimi təqdim edir.

    Bundan əvvəl rəsmi Bakı Rusiya KİV-in və əsasən, Rusiya parlamentini təmsil edən siyasi xadimlərin bu cür çıxışlarına kəskin reaksiya vermişdi. "RİA Novosti" və "Sputnik" agentliklərinin daxil olduqları "Russia Today" (RT) Media Holdinqinin qərəzli mövqeyi Azərbaycanı, xüsusilə qəzəbləndirirdi. Holdinqə beşinci nəsil erməni köçkünlərin nəslindən olan rusiyalı jurnalist Marqarita Simonyan rəhbərlik edir.

    Simonyan Azərbaycana, Türkiyəyə qarşı mənfi münasibətini gizlətmir və açıq-aşkar iki suveren ölkə arasında münasibətlərə mane olmağa çağırırdı. O, KP-yə müsahibəsində Rusiyanın Qarabağ münaqişəsində öz maraqlarını müdafiə etməli olduğunu tövsiyə edirdi. Simonyanın fikrincə, maraqlar bundan ibarətdir: Türkiyə Cənubi Qafqazdan çıxıb getməlidir ki, Azərbaycan onun əyalətinə çevrilməsin, Ermənistanda isə rusiyayönlü kurs olmalıdır.

    Sirr deyil ki, Rusiya bütün postsovet məkanında öz eksklüziv təsirini qoruyub saxlamaq istəyir, amma bu zaman real siyasət çərçivəsində hərəkət edir və SSRİ dağıldıqdan sonra keçmiş sosialist respublikalarında, eləcə də öz ölkəsində xarici dövlətlərin iştirakı ilə razılaşıb. Burada RT rəhbəri yeni bir fakt açıqlamır. O, Azərbaycanla münaqişə vəziyyətində olan millətin nümayəndəsi kimi, maraqların toqquşmasından irəli gələrək, Ermənistan-Azərbaycan, Rusiya-Azərbaycan, həmçinin Ermənistan-Rusiya münasibətlərinə öz şəxsi yanaşmasını ifadə etməkdən çəkinsə yaxşı olardı. Həmçinin 9-10 noyabr 2020-ci il tarixli sülh sazişinin bağlanmasına belə reaksiya verib: “Cəhənnəmdə yan, ey əclaf (Paşinyan – red.)! Hazırda İrəvanda, Paşinyanın facebook-unda və mənim mətbəximdə, təxminən, belə əhval-ruhiyyə hökm sürür”, - deyə o, öz statusunda yazmışdı.

    Fevralda TASS-da RF Baş Redaktorlar Klubunun Prezident Əliyevlə görüşündə o, Azərbaycana səfər etmək istəyən ermənilərin hüquqlarının pozulması məsələsini qaldırıb. Yəni o, ermənilərin müəyyən hissəsinin məqsəd və maraqlarının təşviqi üçün Rusiyanın dövlət informasiya məkanından istifadə etməkdən çəkinməyib. Yeri gəlmişkən, Əliyev öz cavabında bu məqama toxunub.

    Belə olduğu halda, Simonyanın bu hərəkətlərinin onun Rusiya dövlətinin Azərbaycanla bağlı siyasəti kontekstindən kənar, onun öz fikirlərinin ifadəsi olduğunu demək olarmı? Simonyan dövlət qulluqçusu deyil, sıravi vətəndaş olsaydı, bunu başa düşmək olardı. O, öz qulluqçularının hərəkətlərini ayıqlıqla izləyən dövlətin informasiya maraqlarını təmsil etdiyinə görə, bu halda onun informasiya cəhətdən şəxsi fəaliyyəti tamamilə istisna edilir. Simonyanın hərəkətlərini Rusiya dövlətinin mövqeyi kimi başa düşməli oluruq. Bu cür çıxışların arxasında çox vaxt dövlət dayanır, Azərbaycan-Rusiya münasibətləri tarixində bunun nümunələri həddindən artıq çoxdur.

    Məsələn, Qarabağın ermənilər məskunlaşan ərazisinin “dövlət naziri"nin bədnam müsahibəsini götürək. Müsahibəni çox sayda Rusiya KİV yayıb.

    https://ria.ru/20220603/karabakh-1792782076.html

    https://ru.armeniasputnik.am/20220603/karabakh-vedet-peregovory-s-armeniey-o-priznanii-no-podvizhek-net---artak-beglaryan-42757835.html

    https://www.rosbalt.ru/world/2022/06/03/1960837.html

    https://iz.ru/1344214/2022-06-03/nagornyi-karabakh-vedet-peregovory-o-priznanii-s-armeniei

    https://regnum.ru/news/3609260.html

    https://www.kommersant.ru/doc/5382620

    https://www.mk.ru/politics/2022/06/03/v-karabakhe-zakhoteli-bessrochnogo-prisutstviya-rossiyskikh-mirotvorcev.html

    https://eadaily.com/ru/news/2022/06/03/kak-ravnyy-s-ravnym-no-bez-priznaniya-karabah-podelilsya-peregovorami-s-armeniey

    https://life.ru/p/1499135

    https://svpressa.ru/politic/news/335909/

    https://lenta.ru/news/2022/06/03/mirotvorci/

    https://www.gazeta.ru/tags/person/artak_beglaryan.shtml

    Azərbaycanda olduğu kimi, Rusiyada da hazırkı KİV-lər, demək olar, istisnasız olaraq dövlətin nəzarəti altındadır. Onlar formal olaraq dövlət KİV-i və ya ticari KİV statusuna malik ola bilər, amma həqiqətdə bu, heç nəyi dəyişdirmir. Buna görə də Rusiya və Azərbaycan hökumət dairələrində KİV-in verdiyi mesajlar çox yaxşı başa düşülür. Moskva da, Bakı da təkcə yerli jurnalistlərin deyil, qarşı tərəf jurnalistlərinin də loyal olmasını istəyir. Onlar qarşı tərəfin tənqidini qəbuledilməz hesab edirlər. Rusiyanın rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti (Roskomnadzor) tərəfindən mart ayından başlayaraq, Azərbaycan saytlarının bloklanması və artıq ən az beş Azərbaycan saytının səbəb göstərilmədən qadağan edilməsi buna nümunə ola bilər. Aprelin 28-dən etibarən, hərbi sahədə ixtisaslaşan caliber.az saytının bloklandığını nəzərə alsaq, sanksiyaların Ukraynadakı müharibənin Rusiyaya sərf etməyən şəkildə işıqlandırılması ilə əlaqədar tətbiq edildiyini təxmin etmək olar.

    "RİA Novosti"nin Azərbaycan tərəfindən, eləcə də Azərbaycan saytlarının Rusiya tərəfindən bloklanması fövqəladə tədbirdir, iki elita arasındakı münasibətlərdə müəyyən gərginlikdən xəbər verir. Mayda Bakı və Moskva informasiya gərginliyini aradan qaldırmağa çalışıblar, rus emissarı RT ilə münaqişəni yüksək səviyyədə aradan qaldırmaq üçün fərdi qaydada Azərbaycan paytaxtına gəlib. Münaqişənin davam etməsindən göründüyü qədər, tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Rusiyada hakimiyyət Ukraynadakı müharibə, Qərbin sanksiyaları və öz cəmiyyəti üzərində SSRİ-nin dağılmasından etibarən misli görünməmiş informasiya nəzarəti ilə yüklənib. Azərbaycanda hakimiyyət Ermənistanla münaqişə səhifəsini mümkün qədər tez bağlamağa çalışır və cəmiyyətin informasiya azadlığının məhdudlaşdırılması üçün hədsiz səy göstərir.

    Azərbaycan və Rusiya arasında hazırkı informasiya gərginliyini taktiki gərginlik olaraq səciyyələndirmək olar. Strateji nöqteyi-nəzərdən bu bənzər avtoritar sistemlərin informasiya təhlükəsizliyi və qarşılıqlı fəaliyyət sahəsində dövlətlərarası sazişlər çərçivəsində ortaya çıxan ortaq məqsəd və vəzifələri var.

    Eyni zamanda, Qərbin informasiya təşəbbüsləri ilə bağlı siyasət və söz və ifadə azadlığına yanaşmalar da onların ortaq cəhətidir. Yaxın gələcəkdə Moskva Bakı ilə informasiya təhlükəsizliyi sahəsində növbəti sazişi imzalamağı planlaşdırır

    Rusiya və Azərbaycanı söz azadlığının boğulması sahəsində də qardaş adlandırmaq olar. Dünya Mətbuat Azadlığı İndeksinin məlumatına görə, Rusiya və Azərbaycan, artıq uzun müddətdir qeyri-azad ölkələr qrupuna liderlik etməyə davam edir. Doğrudur, 2022-ci ilin hesabatında Azərbaycan Rusiyadan 1 bənd geridə qalaraq, 180 ölkə arasında 154-cü yeri tutub.

    “Rusiyanın Azərbaycanda informasiya təsiri” sərlövhəli məqalədə biz artıq iki ölkə hakimiyyəti arasında qarşılıqlı fəaliyyətin əsas prinsiplərini qeyd etmişdik. Bu prinsiplər dəyişməyib.

    "Vladimir Putinin hakimiyyətə gəlişindən sonra Moskva informasiya təsirini fəallaşdırır. İki ölkə hakimiyyətinin himayəsi altında 2002-ci ilin iyununda "İnterfaks" agentliyinin törəmə qurumu olan "İnterfaks-Azərbaycan" http://interfax.az/ İnformasiya Agentliyi yaradılır. 2005-ci ilin sentyabrında "RİA Novosti"nin törəmə qurumu olan "Novosti-Azərbaycan" Agentliyi yaradılır. 2014-cü ilin sentyabrında "Sputnik" Xəbər Agentliyinin Azərbaycan filialı yaradılır https://sputnik.az/, o, beynəlxalq "Rossiya Segodnya" ("Rusiya bu gün") agentliyinin strukturuna daxildir. Hər üç halda layihələrin maliyyə sponsoru kimi Azərbaycan tərəfi çıxış edib. Azərbaycan hakimiyyəti bir tərəfdən, Moskvanın informasiya sorğularını təmin etməyə çalışır, digər tərəfdən, Rusiyada və digər ölkələrdə Azərbaycanın müsbət imicini qoruyub saxlamaq üçün yeni resurslardan istifadə etməyə çalışırdı.

    Bununla yanaşı, 2009-cu ildən etibarən hakimiyyət beynəlxalq standartlar əsasında fəal işləyən və Azərbaycan auditoriyası arasında çox məşhur olan BBC və "Azadlıq Radiosu"nun Azərbaycan xidmətlərini bağlayır.

    Rusiyada iqtisadi böhran onun informasiya iştirakının azalmasına gətirib çıxarıb. Məsələn, "RİA Novosti" "Rossiya Seqodnya"ya birləşdi, Azərbaycanda isə törəmə qurum bağlanır, "Rossiya Seqodnya"nın filialı ilə əvəz olunur. Filial Bakı Beynəlxalq Mətbuat Mərkəzinin binasında yerləşir. Bu mərkəz ölkə Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun mülkiyyətidir.

    İnformasiya kontenti, ilk növbədə, Moskvanın maraqları əsasında formalaşır, baxmayaraq ki, bu zaman rəsmi Bakının maraqları da nəzərə alınır. İnformasiya siyasətində Moskva və Bakının bənzər və ya yaxın baxışlarının və mövqelərinin ifadə olunmasına üstünlük verilir:

    Qərb:

    - demokratiya ixrac edir;

    - öz məqsədləri üçün insan hüquqlarının, azlıqların hüquqlarının müdafiəsi mövzusundan istifadə edir;

    - sabitliyi pozmağa çalışır;

    - iqtisadi cəhətdən zəiflətməyə çalışır;

    - resursları ələ keçirməyə çalışır;

    - daxili işlərə müdaxilə edir;

    - idarə etmək və nəzarət etmək istəyir;

    - millətlərarası münaqişəni qızışdırır.

    Qərbin təsirinə qarşı müqavimət kimi tərəflər cəmiyyətə aşağıdakı mesajlardan istifadə edir:

    Ölkənin:

    - xüsusi inkişaf yolu,

    - milli maraqları,

    - milli mentaliteti,

    - dini xüsusiyyətləri,

    - maddi resursların və xammal resursların qorunması vəzifəsi,

    - daxili bazarın müdafiəsi vəzifəsi var.

    KİV-də qeyd edilənlər, əsasən, Rusiyanın xarici siyasi proseslərə baxışını əks etdirir və Azərbaycanın daxili siyasi problemlərini əhatə etmir; onlar müxalifətə və ya müstəqil vətəndaş cəmiyyəti fəallarına efir vermir. Faktiki olaraq onları Azərbaycan hökumətinin media sisteminin bir hissəsi adlandırmaq olar.