XƏBƏRLƏR / Hərbi

Azərbaycan və Rusiyanın hərbi hüquqşünasları görüşüb

Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb

Azərbaycan və Rusiyanın hərbi hüquqşünasları görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikası və Rusiya Federasiyası Müdafiə nazirlikləri arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Görüşdə Azərbaycan-Ermənistan  sərhədində və Qarabağ iqtisadi rayonunda ermənilərin təxribatları barədə Rusiya nümayəndə heyətinə məlumat verilib.

    Beynəlxalq humanitar hüququn tətbiqi və digər məsələlərə dair müzakirələr aparılıb.

    Həmçinin hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.