Azərbaycan və "Starlink" peyk internetini müzakirə ediblər
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində danışıqları "Starlink" peyk sisteminin rəsmisi Rebekka Slik Hunter aparıb
Azərbaycan və "Starlink" peyk genişzolaqlı internetin təşkili məsələlərini müzakirə ediblər.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə "Starlink" peyk sisteminin qlobal lisenziyalar və yeni bazarlar üzrə direktoru Rebekka Slik Hunter arasında danışıqlar aparılıb.
2023-cü ilin avqustunda Nəbiyev İlon Mask ilə "Starlink"in AR-dakı fəaliyyətini müzakirə etmişdi.