Gələcəyin sualtı qayıqları “görünməz” olacaq
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb
Müasir dövrdə, getdikcə daha çox ölkə hərbi texnika nümunələrində və ümumiyyətlə, hərbi fəaliyyətlərində yeniliklər etməyə çalışır. Hər hansı hərbi qarşıdurmaya qarşı ən yaxşı müdafiə baxımından daha çox diqqət çəkən obyektlərdən biri sualtı qayıqlardır.
Bu səbəbdən Rusiya-Ukrayna və İsrail-Fələstin münaqişələri fonunda Almaniya və Avstraliya kimi bəzi ölkələr müdafiə sənayelərinə, xüsusilə bu növ məhsullara yatırımlarını artırmağa başlayıblar.
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb. Dənizdə aşkarlanması çətin olduğu üçün “Gözəgörünməz köpəkbalığı” (Ghost Shark) adlandırılan sualtı qayıq Avstraliya hərbi donanması tərəfindən işlənərək hazırlanıb. Qayıq böyük olmayan ölçüləri ilə seçilir və bu xüsusiyyəti dənizdə hərəkət edərkən onu daha da “görünməz” edir.
Digər xüsusiyyətlərinə gəldikdə, bu tip sualtı qayıq insan tərəfindən idarə edilən sualtı qayıqların heyətini dəstəkləmək üçün hazırlanıb. Buna görə də, yeni qurğu vasitəsilə heyət sayını çoxaltmağa ehtiyac olmadan komandaların hücum gücünü artırmaq mümkün olacaq.