XƏBƏRLƏR / Elm və Texnologiya

Finlandiya stasionar telefonları ləğv edən ilk ölkə oldu

Stasionar telefon xidməti Finlandiyada XIX əsrin sonlarından bəri mövcuddur

Finlandiya stasionar telefonları ləğv edən ilk ölkə oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Finlandiya dünyada stasionar telefonları rəsmi olaraq dayandıran ilk ölkə olub. Ən böyük telekommunikasiya operatoru olan "Elisa" analoq şəbəkələrin ölkə miqyasında bağlanması çərçivəsində son simli xətlərini bağlayıb.

    "Yle" portalının məlumatına görə, şirkət ilin əvvəlində niyyətlərini açıqlayıb. 2019-cu ildə başqa bir böyük telekommunikasiya operatoru "Telia" da sabit xətt şəbəkəsini bağlayıb və bu ilin əvvəlində DNA abunəçiləri üçün stasionar telefon xidməti də dayandırılıb.

    "Elisa"nın sözlərinə görə, ilin əvvəlində şirkətin cəmi bir neçə min simli bağlantısı var idi. Şirkət bir neçə ildir ki, heç bir yeni müqavilə imzalamayıb.

    Stasionar telefon xidməti Finlandiyada XIX əsrin sonlarından bəri mövcuddur.