CrowdStrike antivirusu qlobal kompüter qəzası yaradıb FOTO
Bu barədə xarici KİV xəbər yayıb
Xarici KİV xəbər verir ki, CrowdStrike antivirusunun son yeniləməsi səbəbindən qlobal kompüter qəzası baş verib.
Antivirus "Windows" ilə ziddiyyət təşkil edib.
Qəza bütün "Microsoft" məhsullarına təsir edib.
Banklar, kommunal xidmətlər, hava yolları, media, telekommunikasiya, mobil rabitə, internet və s. problemlər yaşayır.
Bir sıra hava limanları, o cümlədən İstanbul aeroportu bağlanıb.
Genişmiqyaslı qəza Paris Olimpiya Oyunları Komitəsinin informasiya sistemlərinə də təsir edib.
Microsoft şirkəti genişmiqyaslı qəza haqda: xidmətlər bərpa olunur, sabitləşdirmə tədbirləri davam edir.