Çinin kosmosa uçacaq növbəti astronavtları
Çinin Kosmos Agentliyi xəbər verir
 
                                Çinin kosmik stansiyasında fəaliyyət göstərəcək növbəti astronavtlar qrupu - “Şencou-21” (Shenzhou-2) missiyasının üzvləri məlum olub.
Çinin Kosmos Agentliyi xəbər verir ki, “Şencou-21” missiyası astronavtlar Can Lu (pilot və heyətin kapitanı), U Fey (uçuş mühəndisi) və Can Honcandan (yükləmə mütəxəssisi) ibarət olacaq. Oktyabrın 30-u astronavtlar ictimaiyyətə təqdim olunub. Can Lu 2 il əvvəl kosmik stansiyada olub. Digərləri isə ilk dəfə kosmosa uçacaqlar.
“Şencou-21” missiyasının oktyabrın 31-də kosmosa yola salınması nəzərdə tutulub. Onlar kosmik stansiyada təxminən 6 ay fəaliyyət göstərən “Şencou-20”nin astronavtlarını əvəzləyəcəklər. Bu, Çinin 37-ci, kosmik stansiya üçün isə 6-cı astronavt missiyasıdır.
Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzini və heyətin yaşayış yerini əhatə edən əsas modul olan “Tianhe”dan və “Wentian” və “Mengtian” adlı iki laboratoriya modulundan ibarətdir. “Tianhe” 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb.
Ümumi çəkisi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istifadə olunması nəzərdə tutulub.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqə
									1 dəqiqə 
								 
            
             
            
             
            
             
            
             
            
            