XƏBƏRLƏR / Elm və Texnologiya

Türkiyənin İzmir şəhəri “Teknofest”ə hazırlaşır

“SpaceX” və “Tesla Motors”un qurucusu İlon Mask da dəvətçilər arasındadır

Türkiyənin İzmir şəhəri “Teknofest”ə hazırlaşır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 27-dən oktyabrın 1-dək Türkiyənin İzmir şəhərində “Teknofest” keçiriləcək.

    “TRT Haber” xəbər verir ki, dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalına ciddi hazırlıq işləri görülür.

    Beş gün davam edəcək “Teknofest”i bir milyondan çox insanın ziyarət edəcəyi gözlənilir. Türkiyənin müdafiə sənayesində əldə etdiyi bütün uğurları bu festivalda nümayiş olunacaq.

    Qeyd edək ki, “SpaceX” və “Tesla Motors”un qurucusu İlon Mask da festivalın dəvətçiləri arasındadır.