Yeni GPT-5 süni intellekt modeli əlçatan olub
AI-nin yeni versiyası “əvvəlki modellərin ən yaxşı keyfiyyətlərini” özündə birləşdirir

Amerikanın "OpenAI" şirkətinin ChatGPT çatbotu üçün yeni GPT-5 süni intellekt modeli bütün istifadəçilər üçün əlçatan olub.
"GPT-5 buradadır. Bu gündən etibarən hər kəs üçün əlçatan olacaq" - deyə şirkət "X"-də dərc olunan bəyanatda bildirib.
"Open AI"nin qeyd etdiyi kimi, AI-nin yeni versiyası “əvvəlki modellərin ən yaxşı keyfiyyətlərini” özündə birləşdirir. Tədqiqat, təhlil, proqramlaşdırma və problem həlli üçün uyğundur.
İndi istifadəçilər süni intellektin cavablarının tonunu təyin edə bilərlər. Seçmək üçün "beş şəxsiyyət" var: standart, rüsvayçı, robot, dinləyici və nerd. Şirkət səs rejimini təkmilləşdirib, mesajlar üçün rəng sxemləri əlavə edib, "Google" poçtu ilə "Google" təqvimini birləşdirən funksiya əlavə edib.