XƏBƏRLƏR / Elm və Texnologiya

"Qardaşım İlham Əliyevə "Togg" təqdim edilib, xeyirli olsun"

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Twitter hesabında yazıb

"Qardaşım İlham Əliyevə "Togg" təqdim edilib, xeyirli olsun"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin ilk yerli elektromobili “Togg”un Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunması ilə bağlı paylaşım edib.

    Paylaşımda deyilir:

    “Qardaşım İlham Əliyev də Türkiyənin qüruru “Togg”u təhvil alıb. Xeyirli olsun. Allah gözəl günlərdə istifadə etməyi qismət etsin, qardaşım”.