MAQATE: İran atom bombası istehsal etməyə yaxındır
İran həmişəki kimi məlumatı təkzib edir
MAQATE-nin İrandakı nüvə müfəttişləri 84% saflıqda zənginləşdirilmiş uranı aşkar ediblər ki, bu da demək olar ki, atom bombası istehsal etmək üçün kifayətdir - Bloomberg.
İranın Atom Enerjisi Təşkilatı bildirib ki, Tehranın uranı rekord həddə - 84% zənginləşdirdiyinə dair xəbərlər doğru deyil, - Tasnim agentliyi yazır.
İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndələri Behruz Kamalvəndiyə görə, Bloomberg-in bir gün əvvəl dərc olunan hesabatı “reallığı təhrif etmək” məqsədi daşıyır.