XƏBƏRLƏR / Elm və Texnologiya

"Qızıl Qübbə" raketdən müdafiə sisteminin 4 qatı olacaq

Bu barədə "Reuters" xəbər verir

"Qızıl Qübbə" raketdən müdafiə sisteminin 4 qatı olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-da hazırlanan "Qızıl Qübbə" raketdən müdafiə sistemi dörd müdafiə qatına malik olacaq:

    - Kosmik aşkarlama təbəqəsi, raket xəbərdarlığı və izləmə, həmçinin raketdən müdafiə üçün hədəf;

    - Raket ələ keçirmə sistemləri, radar massivləri və bəlkə də lazerlərdən ibarət üç yer təbəqəsi.

    ABŞ Зrezidenti Donald Trampın İsrailin "Dəmir Qübbə"sinin analoqu kimi ərsəyə gətirdiyi “Qızıl Qübbə” layihəsinin dəyəri 175 milyard avro dəyərində qiymətləndirilir. Sistemin 2028-ci ildə istifadəyə verilməli olduğu güman edilir.

    Bu barədə "Reuters" ABŞ hökumətinin «Go Fast, Think Big!» (Sürətlə get, böyük düşün!) adlı sənədinə istinadən xəbər verir.