XƏBƏRLƏR / Hərbi

Azərbaycan və Türkiyə birgə elektron hərbi təlim keçirəcək

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk məlumat verib

Azərbaycan və Türkiyə birgə elektron hərbi təlim keçirəcək
Zeki Aktürk
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan və Türkiyə birgə elektron hərbi təlim keçirəcək.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

    O bildirib ki, təlimlər mayın 26-da Konyada başlayacaq və dörd gün davam edəcək.

    Hazırlıqlar Konya şəhərində baş tutacaq.

    Xatırladaq ki, mayın 14-də Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anadolu Ankası - 2025" beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb. Mayın 23-dək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan HHQ-nin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edir.