XƏBƏRLƏR / Hadisə

Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb

Xəsarət alanlar var

Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin İğdır vilayətinin Tuzluca rayonunda Azərbaycan vətəndaşları (Naxçıvan sakinləri) avtomobil qəzasına düşüb.

    Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan və Türkiyə vətəndaşlarına məxsus iki minik avtomobilinin toqquşması nəticəsində ikisi qadın, ikisi kişi olmaqda dörd nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

    Avtoqəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.

    Faktla bağlı araşdırma aparılır.