Azərbaycan XİN Dominikan hökumətinə başsağlığı verib
Dominikan Respublikasında gecə klubunun damının uçması nəticəsində 124 nəfər ölüb, 150 yaralı var

Azərbaycan Xarici İşlər Nazirliyi Dominikan Respublikasının paytaxtı Santo-Dominqoda baş vermiş hadisə ilə bağlı ölkə hökumətinə başsağlığı verib.
XİN “X” hesabında mətn paylaşıb:
“Santo-Dominqoda onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən binanın uçması ilə əlaqədar Dominikan Respublikası hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Bu faciəvi hadisədə yaralananların hamısına tezliklə şəfa diləyirik”.