Azərbaycan XİN Qətərə başsağlığı verib
Qeyd edək ki, üç qətərli diplomat Misirdə avtomobil qəzasında həlak olub

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qətərə başsağlığı verib.
Bu barədə xarici siyasət idarəsinin "Facebook" hesabında paylaşım edilib.
"Biz Qətər Dövlətinin hökumətinə və xalqına Misirdə baş vermiş avtomobil qəzasında qətərli diplomatların faciəvi ölümü ilə əlaqədar başsağlığı veririk", - paylaşımda vurğulanıb.
Qeyd edək ki, üç qətərli diplomat Misirdə avtomobil qəzasında həlak olub.
***
07:35
Misirdə avtomobil qəzasında həlak olan üç qətərli diplomat protokol qrupunun tərkibində olub.
Bu barədə “Associated Press“ rəsmilərə istinadən məlumat verib.
"Qətərin protokol komandasının tərkibində olan diplomatlar yüksək səviyyəli sammitdən əvvəl Şarm əl-Şeyx şəhərinə gedirdilər", - məlumatda deyilir.
Qeyd olunur ki, avtomobil şəhərdən təxminən 50 kilometr aralıda aşıb.