XƏBƏRLƏR / Müttəfiq

Azərbaycan XİN Türkiyəni təbrik edib

Bu gün Türkiyənin Zəfər Bayramıdır

Azərbaycan XİN Türkiyəni təbrik edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyə Respublikasını Zəfər Bayramı münasibətilə təbrik edib.

    Bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

    "30 avqust – Türkiyə Respublikasının Zəfər Bayramı münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik. Türkiyənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qardaş xalqımızın sarsılmaz iradəsi, əzmi və qəhrəmanlığı ilə qazandığı tarixi Zəfəri qürurla qeyd edirik. Zəfər Bayramınız mübarək!", - paylaşımda qeyd olunub.