XƏBƏRLƏR / Müttəfiq

Sabah Ərdoğan Azərbaycana gəlir YENİLƏNİB

Bu barədə Türkiyə Prezidentinin ofisindən məlumat veriblər

Sabah Ərdoğan Azərbaycana gəlir YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:20

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

    Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial media hesabında yazıb.

    Onun sözlərinə görə, Türkiyə lideri 8 noyabr Zəfər Günü münasibətilə Bakıda keçiriləcək tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edəcək:

    "Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev və mərasimdə iştirak edəcək Pakistanın Baş naziri Şahbaz Şəriflə ikitərəfli, regional və qlobal məsələlər barədə görüşlər keçirməsi də nəzərdə tutulur".

    ***

    16:04

    Türkirə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana gəlir. 

    Bu barədə "ANS Press"ə Türkiyə Prezidentinin ofisindən məlumat veriblər.

    Qeyd edək ki, noyabrın 8-də Vətən müharibəsində Zəfərin 5-ci ildönümü ilə əlaqədar parad keçiriləcək. 

    Türkiyə Prezidenti Ərdoğan həmin paradda iştirak edəcək. 

    Qeyd edək ki, paradda Türkiyə Prezident Qvardiyasının hərbçiləri keçid edəcək və altı F-16 təyyarəsi iştirak edəcək.