XƏBƏRLƏR / Müttəfiq

KTMT Qarabağda İrəvanın yerinə vuruşmamalı idi

Bunu Vladimir Putin Astanada keçirdiyi mətbuat konferansında bəyan edib

KTMT Qarabağda İrəvanın yerinə vuruşmamalı idi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Prezidenti Vladimir Putinin Astanada keçirilən KTMT sammitindən sonra jurnalistlərin Ermənistanın zirvə görüşündə iştirak etməməyi haqda sualına cavabında aşağıdakı fikirləri ifadə edib:

    - KTMT Qarabağda İrəvanın yerinə vuruşmamalı idi, bu halda Ermənistana qarşı heç bir xarici təcavüz yox idi;

    - Ermənistanın KTMT-yə hazırkı münasibətini daxili siyasi problemlər və Qarabağ mövzusu diktə edir;

    - Hər bir ölkənin təhlükəsizlik sahəsində nə edəcəyini özünün seçmək hüququ var;

    - Ermənistan təşkilatdan çıxmaq istəyini bəyan etməyib, sammitin bütün sənədlərini dəstəkləyir, İrəvanın KTMT-də tamhüquqlu işə qayıtması ehtimalı qalır.