XƏBƏRLƏR / Hərbi

Azərbaycan xüsusi təyinatlıları Türkiyədə təlimlərdədir

“EFES-2024” və “Anadolu Feniksi-2024” beynəlxalq təlimləri davam edir

Azərbaycan xüsusi təyinatlıları Türkiyədə təlimlərdədir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan xüsusi təyinatlıları Türkiyədə keçirilən “EFES-2024” və “Anadolu Feniksi-2024” beynəlxalq təlimlərində iştirak edir.

    Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən “EFES - 2024” çoxmillətli təlimi davam edir.

    Azərbaycan Ordusunun çoxmillətli təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən şəxsi heyəti Türkiyəyə yola salınıb.

    “EFES - 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.