XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan yenidən Rusiyadan qaz almaq istəyir

Bunu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov "Rusiya Enerji Həftəsi" forumunda bildirib

Azərbaycan yenidən Rusiyadan qaz almaq istəyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın neft-qaz şirkəti SOCAR yenidən "Qazprom"dan qaz almağa hazır olduğunu açıqlayıb.

    SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov "Rusiya Enerji Həftəsi" forumunda bildirib:

    "Qürurla deyə bilərik ki, "Qazprom" kimi nəhənglə əməkdaşlığımız çox yaxşı bir nümunədir. Çünki ehtimal ki, dünyada ilk dəfə olaraq SOCAR "Qazprom"dan qaz alan, sonra  "Qazprom"a qaz tədarük edən yeganə şirkətdir və indi biz yenidən qaz almaq istəyirik".