XƏBƏRLƏR / Hərbi

Azərbaycana “Akıncı" PUA-ları veriləcək

Bunu "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar Prezident İlham Əliyevlə görüşdə deyib

Azərbaycana “Akıncı" PUA-ları veriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çox yaxın zamanda “Akıncı” pilotsuz uçuş aparatları (PUA) Azərbaycana təhvil veriləcək.

    Bunu "Baykar" şirkətinin texniki direktoru, “Texnofest” İdarə Heyətinin sədri Selçuk Bayraktar oktyabrın 2-də Bakıda jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, azərbaycanlı pilotlar təlimləri uğurla başa vurublar: “Odur ki, biz ən yaxın gələcəkdə “Akıncı” PUA-larını Azərbaycana təhvil verəcəyik”.

    Selçuk Bayraktar bu gün həm də “Akıncı” PUA modelini Prezident İlham Əliyevə təqdim edib.