XƏBƏRLƏR / Maliyyə

Azərbaycana xaricdən pul köçürmələri 31%-dən çox azalıb

Azərbaycan Mərkəzi Bankı xəbər verir

Azərbaycana xaricdən pul köçürmələri 31%-dən çox azalıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 893.1 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 259.3 milyon manata bərabər olub.

    Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, ötən ilin yanvar-iyun aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 31.3% və ya 406.8 milyon manat, banklardan xaricə köçürmələr isə 19% və ya 61 milyon manat azalıb.

    Qeyd edək ki, ötən ilin I yarısında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 1 milyard 299.9 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 320.3 milyon manat təşkil edib.