XƏBƏRLƏR / Hava

Azərbaycanda bəzi yerlərə intensiv yağış yağır

Faktiki hava

Azərbaycanda bəzi yerlərə intensiv yağış yağır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 27-si saat 15:00-a olan məlumatında qeyd olunub.

    Bildirilib ki, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gəncə, Goranboy, Naftalan, Gədəbəy, Daşkəsən, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Kəlbəcər, Qusar, Şahdağ, Tərtər, İmişli, Kürdəmir, Sabirabad, Neftçalada arabir şimşək çaxır, yağış yağır.