Bakıda dumanlı hava müşahidə olunur
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb
Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, dumanlı havaya səbəb gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir.
İl ərzində daha çox dumanlı hava şəraiti dekabr, yanvar, fevral, mart, aprel ayına təsadüf edir, amma maydan oktyabr ayına qədər isə müəyyən azalma qeydə alınsa da, noyabr ayından isə dumanlı günlərin sayı tədricən artmağa başlayır.
1 dəqiqədən az