XƏBƏRLƏR / Hava

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir

Aprelin 5-i saat 20:00-a olan faktiki hava

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Hidrometeorologiya Xidmətinin aprelin 5-i saat 20:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlədə yağıntılar intensiv və güclüdür, dağlıq ərazilərdə qar yağır.

    Bakıda və Abşeron yarımadasında, eyni zamanda Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Şahbuz, İsmayıllı, Qəbələ, Şamaxı, Qobustan, Xızı, Quba, Xaçmaz, Xaltan, Şabran, İmişli, Sabirabad, Salyan, Neftçala, Biləsuvar, Yardımlıda arabir yağış, Qusar, Şahdağ, Xınalıq, Daşkəsəndə isə qar yağır.

    Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Xızıda 21, Bakıda və Abşeron yarımadasında eyni zamanda Quba(Qrız), Naftalanda 20, Goranboyda 19, Daşkəsən, Şabranda 18, Şəmkir, Tovuz və Gəncədə 16 m/s-dək güclənir.