Keşləni su basıb. Əhali təxliyə edilir. Bir ev sökülüb

Bu barədə FHN məlumat yayıb YENIL'NIB

  • Oxuma müddəti:

    1 dəqiqə

  • 20:50

    Keşlə qəsəbəsində kollektorda qəzaya səbəb olan ev sökülüb. 

    Uzun illər əvvəl Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində tikilmiş ikimərtəbəli evin sökülməsi qərara alınıb.

    Aidiyyəti qurumlar tərəfindən artıq söküntü işlərinə başlanılıb.

    Mütəxəssislərin rəyinə görə, gələcəkdə oxşar halların digər ərazilərdə təkrarlanmaması üçün qanunsuz inşa edilmiş evin təcili sökülməsi və xəttin bərpası zəruri hesab olunur.

    Qeyd edək ki, həmin evin bünövrəsinin çökməsi nəticəsində kollektorun bir hissəsi tutulub və kollektorda yağış sularının kənarlaşdırılması problemi yaranıb.

    ***

    15:02

    Kanalizasiya borusunun nasazlığı səbəbindən bir neçə evin su altında qaldığı Keşlə kəndində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 37 sakini təhlükəsiz zonaya təxliyə ediblər.

    Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hazırda su çəkmə əməliyyatları davam edir. Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Adil Abdullayev hadisə yerindədir.