XƏBƏRLƏR / Hava

Rayonlarda şimşək çaxır, yağış yağır

Faktiki hava

Rayonlarda şimşək çaxır, yağış yağır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz, Şabran, Quba, Qusarda şimşək çaxır, arabir yağış yağır.

    Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Culfada 16 m/s-yə çatır.