XƏBƏRLƏR / Hava

Bu gün 43 dərəcə isti olacaq

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib

Bu gün 43 dərəcə isti olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.

    Bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman gözlənilir. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 23-28° isti, gündüz 36-41°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 16-21° isti, gündüz 29-34° isti olacaq.