XƏBƏRLƏR / Hava

Bəzi ərazilərdə yağış yağır, şimşək çaxır

Faktiki hava

Bəzi ərazilərdə yağış yağır, şimşək çaxır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bəzi ərazilərdə yağış yağır, şimşək çaxır.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, iyunun 6-sı saat 16:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

    Goranboy, Naftalan, Göygöl, Gədəbəy, Şahdağ, Quba, Daşkəsən, Qusarda (Laza) arabir şimşək çaxır, intensiv xarakterli yağış yağır.

    Gədəbəy rayonunda xırda ölçülü dolu müşahidə olunub.